× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Gültəkin Əliməmmədova | Region: Quba | Xalçaçılıq
Gültəkin Əliməmmədova Gültəkin Əliməmmədova Gültəkin Əliməmmədova Gültəkin Əliməmmədova
Quba rayon sakini Gültəkin Əliməmmədova xalçaçıdır.

10 ildən artıqdır ki, saplardan xariqələr yaradan sənətkarın sözlərinə görə, bu sənətin sirlərini nənəsindən öyrənib:

“İlk dəfə nənəm mənə ilmə atmağı öyrətdi. Onun sayəsində xalçaçılığın bütün sirlərini öyrəndim və nənəmin vəfatından sonra, onun peşəsini davam etdirmək qərarına gəldim”.

Gültəkin Əliməmmədova xalçaçılıqla yanaşı, toxuculuqla da məşğuldur:

“Müxtəlif toxunma oyuncaqlar, bəzək əşyaları hazırlayıram. Ümumiyyətlə, bu sənəti çox sevirəm, çünki əl işi hazırlayanda hər şeyi unuduram, ruhum dincəlir. Əl işlərimdə milli ornamentlər və təbiət mənzələrinə üstünlük verirəm. Xalçalardan isə Qubanın çeşniləri olan Ağgül, Pirəbədil, Heyratı naxışlarından istifadə etmişəm”.

“ABAD”a müraciət edən sənətkarın sözlərinə görə, məqsədi ailə biznesini genişləndirərək, gəlirini artırmaq olub:

“Hazırladığım kiçik xalçalar, toxunma oyuncaqları və digər milli suvenirləri “ABAD” vasitəsilə satışa çıxarmışam. İstəyirəm ki, məhsullarım tanınsın, daha çox satıla bilsin. İndiyədək hazırladığım məhsulların satışını həyata keçirməmişdim. Düşünürəm ki, bu istiqamətdə “ABAD” mənə dəstək olacaq.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar