× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Kəbləmi Əliyev | Region: İsmayıllı | Misgərlik
Kəbləmi Əliyev
“ABAD”ın dəstək göstərdiyi sənətkar Kəbləmi Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tanınmış misgərlərindən biridir. Misgərlər qəsəbəsi kimi tanınan Lahıc UNESCO-nun qeyri-maddi mədəni irs üzə reprezentiv siyahısına daxil edilib.

Ata-babalarından miras qalmış misgərlik sənətini bu gün də yaşadan, sənətin sirlərini övladlarına öyrətməyi qarşısına məqsəd qoyan Kəbləmi Əliyev misdən müxtəlif bəzək və məişət əşyaları hazırlayır.

Əliyev Kəbləmi qeyd edir:

“Lahıcda yaşayan və nəslində misgər, qalayçı olmayan bir insan tapmaq mümkün deyil. Babalarımdan miras qalmış bu sənətə böyük həvəslə yiyələnmişəm. Hazırda sənətin sirlərini öz oğluma da öyrədirəm”.

Kəbləmi Əliyevin istehsal etdiyi məhsullar Lahıca gələn turistlər tərəfindən böyük maraqla qarşılanır.

Paytaxtı ziyarət edən turistləri də öz əl işləri ilə tanış etmək, satış bazarını daha da genişləndirmək üçün sənətkar “ABAD”a müraciət edib.

“ABAD” Kəbləmi Əliyevə məhsulların daşınması və satışın təşkili kimi xidmətlər göstərib.

Bu gün onun misdən hazırladığı nəfis əl işləri “İçərişəhər”də və Heydər Əliyev Beynəlxalq Hava Limanında “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar