× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Yeganə Zeynalova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Yeganə Zeynalova
Bakı sakini Yeganə Zeynalova dekorativ-tətbiqi sənət ilə məşquldur.

Karyerasına insan resursları sahəsində başlayan Yeganə xanım üç uşaq sahibi olandan sonra ev şəraitində işləyə biləcəyi bir iş axtarışına başladı:

“Hər zaman yaradıb-yaratmağa can atırdım. İlkin etapda uşaqlarımın geyimləri üçün aksesuarlar, dekorativ əşyalar hazırlamağa başladım. Ətrafımda bir çox insanların əl işlərimin bəyəndiyini eşidəndən sonra, qərara gəldim ki bu istedadımı biznesə çevirməliyəm”.

Y.Zeynalovanın “ABAD”la əməkdaşlığı çərçivəsində etno-butiklərdə gözoxşayan ipəkdən güllər kompozisiyaları, mirvarilərdən, daş-qaşlardan taclar və digər saç bəzəkləri təqdim edilir. Ən maraqlısı da odur ki, ipəkdən olan güllərin rəng çeşidini Yeganə xanım özü hazırlayır.

Gələcək planlarından danışan Yeganə Zeynalova onu da qeyd edib ki, “ABAD” geyim istiqamətinin tezliklə başlamasını səbirsiziklə gözləyir:

“Böyük arzularımdan biri də odur ki, milli geyimlər hazırlayıb, satışa çıxara bilim. Gələcəkdə bu sahəyə “ABAD”ın da dəstək olacağından əminəm”.


ABADçı-sənətkar Yeganə Zeynalovanın əl işləri ilə yaxında “ABAD” etno-butiklərində tanış ola bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar