× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İlqar Şirinov | Region: Bakı | Dəri aşılama
İlqar Şirinov İlqar Şirinov İlqar Şirinov
ABADçı sənətkar İlqar Şirinov Oğuz rayonunda anadan olub və orta təhsilini də orada alıb. Daha sonra alitəhsil alması üçün Bakıya üz tutub. Qarabağ müharibəsi veteranı olan İ.Şirinov 2 istiqamət, tarix və iqtisad ixtisasları üzrə ali təhsil alıb. Hazırda Azərbaycan Dövlət Neft Şirkətində iqtisadçı kimi fəaliyyət göstərir və çox ciddi işlərlə məşğul olmasına baxmayaraq, həyatında yaradıcılığa da böyük önəm verir:


“Atam, həkim stomatoloq, anam isə toxuculuq üzrə mühəndisdir. Ailə üzvlərim əsasən tibb işçiləridir. Lakin valideyinlərimin iş sahələrindən başqa xüsusi əl bacarıqları da olub. Atam qızıl məmulatları hazırlamaq üzrə bacarıqlıdır. Anam da “Uşaq yaradıcılıq mərkəzi”ndə bacarıqlı əllər dərnəyini idarə edib və məktəblilərə tədrisi ilə məşğul olub. Mən özüm də hər zaman yaradıcılığa can atmışam. Yeni ideyalar düşünmüşəm”.

Sənətkarımız “ABAD”a eksklüziv dəri aksesuarlarını təqdim edir:
 

“Əl işlərimdə yenilik tətbiq etdim. Milli ornamentlərlə təbii dəridən hazırladığım müxtəlif aksesuarların “ABAD” üçün maraq kəsb edəcəyini hesab etdim və yanılmadım”.

Onu da qeyd edək ki, İ.Şirinovun əl işləri həm xarici, həm də yerli alıcılar tərəfindən çox yüksək qiymətləndirilir. Siz də “ABAD” etno-butiklərinə buyurub ABADçımızın əl işləri ilə yaxından tanış ola bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar