× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Orxan Verdiyev | Region: Bakı | Ağac üzərində oyma
Orxan Verdiyev Orxan Verdiyev Orxan Verdiyev Orxan Verdiyev Orxan Verdiyev
Bakı sakini Orxan Verdiyev taxta üzərində oyma sənəti ilə məşğul olan ABADçılarımızdan biridir. Gənc sənətkarda bu sahəyə olan maraq rəssam baba və nənəsindən keçib. 


“Taxta oyma sənəti demək olar ki, bizdə əsl ailə biznesidir. Balaca bir emalatxanamız var. Orada mən, atam və anam əl işləri hazırlayırıq. Əl işlərimiz milli üslubdadır və milli ornamentlərlə bəzədilir”.

O. Verdiyevin dediyinə görə, “ABAD” publik hüquqi şəxsdən öncə ailə öz əl işlərini pərakəndə şəkildə suvenir dükanlarını bir-bir gəzib təklif edirdi, və bu, sözsüz ki, narahatçılıq törədirdi:

“Daha sonra yaxın bir dostum bizə “ABAD” haqqında danışdı və bu qurumun bizim kimi ailələrə dəstək verdiyini söylədi. İdeyanı bəyənib, dəyərləndirdik və müraciət etdik. Bizim də bu layihədə iştirak etmək istəyimizi qəbul etdiyinizə görə çox şadıq”.

Gələcək planları ilə bizimlə bölüşən Orxan Verdiyev fəaliyyətini genişləndirmək, əl işlərini daha böyük kütləyə çatdırmaq və mədəniyyətimizi həm də suvenirlər sayəsində bütün dünyaya tanıtdırmaqdır:

“Ölkəmizi sevək ve dünyaya tanıdaq devizi ilə vətənimiz daha da irəli getsin”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar