× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Fərmail Əhmədov | Region: Xaçmaz | Dekorativ - tətbiqi sənət
Fərmail Əhmədov
Xaçmaz rayonu sakini Fərmail Əhmədov tanınmış musiqiçi Habil Dəmirovun ailəsində dünyaya gəlib. Qocaman sənət ustası nəfəs alətlərində məharətli ifaçı olmaqla yanaşı bacardığı qədər əl sənəti ilə məşğul olur, müxtəlif ağac növlərindən zurna, ney, balaban, nağara hazırlayır. Nəvəsi Fərmailin də dekorativ-tətbiqi sənətə olan həvəsi babasından ona ötürülmüş bir istedaddır.

F.Əhmədov ixtisasca mühəndis olsa da bütün asudə vaxtını bədii taxta oyma, yumurta oyma sənətinə həsr eləyir. ABADçımız da elə məhz yumurta oyma sənəti ilə rəğbət qazanıb.
“ABAD” ailəsinə qoşulmamışdan öncə satış təşkil etmirdim. Əl işlərimi bəyənən hər kəsə hədiyyə kimi verirdim. Lakin “ABAD” mənə bu gün satış və qazanc əldə etməkdən savayı, həm də dünyanın bir çox ölkələrinə əl işlərimin alınaraq aparılmasına, xaricdə nümayiş olunmasına şans yaratdı. Mənə qürur hissini yaşatdığı üçüm “ABAD” ailəsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Elə gələcəklə bağlı olan arzularını da ABADçımız əl işlərinin dünyada tanıtması ilə bağlayır. “Arzum bu işdə daha da mükəmməlləşmək və imkan olduqca əl işlərimin dünyanın bir çox yerlərində sərgilənməsi ilə Vətənim Azərbaycanı təmsil etməkdir”.
Qeyd edək ki, Fərmail Əhmədovun fərqli əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar