× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Tahir Cəfərov | Region: Quba | Quru meyvələr
Tahir Cəfərov Tahir Cəfərov Tahir Cəfərov Tahir Cəfərov Tahir Cəfərov Tahir Cəfərov Tahir Cəfərov

ABADçımız Tahir Cəfərov Quba rayonu Zərdab qəsəbəsi sakinidir. Artıq 20 ilə yaxındır ki, bağçılıqla məşğuldur.

“Babalarımızın çörəyi torpaqdan çıxırdı, biz də elə o yolu seçdik”.
Öncədən Tahir bəy məhsulları yalnız xammal olaraq yetişdirir və istifadə edirdi. Bağındakı alma, armud, gavalı, gilas ağaclarının məhsullarının xammal şəklində satışından qazanırdı:
“Sonra “ABAD” tərəfindən doğma Quba şəhərimizdə iri “ABAD” Factory İstehsalat Kompleksinin inşası haqqında eşitdim. Bu kompleksdə xammalımızdan hər hansı bir məhsul hazırlamaq üçün avadanlıqlardan təmənnasız istifadə, əldə olunmuş bu məhsul üçün sertifikatın alınması, qablaşdırması, etiketin dizaynı, satışın təşkili və digər xidmətlər haqqında məlumat aldım. Beləliklə də, bu layihədən bəhrələnmək qərarına gəldim”.
Tahir Cəfərov artıq “ABAD” Factory vasitəsilə quru meyvələr istehsal edir:
“Təzə başlamışıq, amma alma qurusu məhsulumuz artıq satışdadır. İkinci mərhələ olaraq gilas, şaftalı, armud və digər meyvələrin xüsusi sobada qurudulmasına başlayacağıq. Ümumiyyətlə torpağımızın bizə bəxş etdiyi bütün meyvə növlərindən bu cür məhsullar hazırlamaq niyyətimiz var”.
ABADçımızın dediyinə görə, onun istehsal etdiyi məhsullar öz keyfiyyəti ilə fərqlənir və kimyəvi qatqısı olmayan təbii məhsullardır:
“Kompleksdə yaradılan qurutma şəraiti ilə təbii günəş qurutmasının fərqi ondan ibarətdir ki, burada məhsul gigiyenik cəhətdən daha çox qənaətbəxş olur. Sobada meyvənin üzərinə toz-torpaq qonmur”.
Qeyd edək ki, Tahir Cəfərovun meyvə qurusu məhsulları “Bravo” marketlər şəbəkəsində yerləşən “ABAD” Bakaleyalarında satışa çıxarılır.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar