× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Ədalət Niftəliyev | Region: Quba | Süd məhsulları
Ədalət Niftəliyev Ədalət Niftəliyev Ədalət Niftəliyev

Niftəliyevlər ailəsi 20 ildən çoxdur ki, süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə olan marağı həyat tərzlərini dəyişdikdən sonra baş verib.

“Bir gün qərar verdik ki, vegetarian olaq. O zaman ölkədə cəmi 300-ə yaxın vegetarian var idi. Onların da istehlak etdiyi yemək çeşidləri çox kasad idi. İaşə obyektlərində, demək olar ki, yalnız heyvan ətindən və südündən olan nemətlər təqdim olunurdu. Düşündüm ki, ailəm üçün elə bir süd məhsulu hazırlayım kı, onların rasionunda biraz bolluq olsun. Müxtəlif üsullar ilə təcrübələri yoxlamağa başladım. Ən dadlı, xüsusi və yüksək keyfiyyətlərə malik olan pendirlərlə maraqlandım, onların tərkibinə yeni maddələr əlavə etdim və tam yeni bir pendir növü ərsəyə gəldi”.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür. Ə.Niftəliyevin dediyinə pendiri bişirmək və qızartmaq tam fərqli proseslərdir:

“Yeməklərimizə əti əvəzləyən bir şey lazım idi. Bu da bişmiş pendir olmalı idi. Biri var qril üzərində bişirəsən, biri də var qaynadasan. Pendirlərin çoxu bişmək dərəcəsinə gəlib çatmırlar, əriməyə başlayırlar. Mən isə bişirilə bilən pendir tapdım. Bu Hindistanın "Paner" adlı pendiridir. Amma "Paner"i heç vaxt hisə vermirlər”.

Bundan sonra Ədalət bəy qarşısına yeni məqsəd qoydu: süd məhsullarının yenidən araşdırmaq və elə bir pendir icad etmək ki, onu həm hisə vermək olsun, həm də istehsalatdan bilavasitə süfrəyə gəlsin.

“Süd məhsulları elədir ki, təzə olmasa öz keyfiyyətini itirir. Bizim yaratdığımız bu pendir növünün 3 xüsusiyyəti var:

1. Ona kimyəvi qatqılar əlavə olunmur. Mən ona xarab olmaması üçün heç vaxt xüsusi maddə əlavə etmirəm;

2. Bişirmək mümkündür və bir çox alışdığımız yeməklərin tərkibinə, məsələn dolma, düşbərə, ət yeməklərinə əlavə oluna bilər;

3. Təbii konservant olan tüstüdə əmələ gəlir.

Hazırda Niftəliyevlər ailəsi öz yaratdığı pendir növünü Quba “ABAD” Factory İstehsalat Kompleksində istehsal edir:

“Mən pendiri özüm, ailəm üçün hazırlayırdım, lakin onun satışını heç cür təşkil edə bilmirdim. Təsadüfən dostumdan eşitdim ki, “ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün “Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”.

Qeyd edək ki, Niftəliyevlərin “Baharat” pendiri “ABAD” Bakaleyalarında satışa çıxarılır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar