× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Səbirə Qarayeva | Region: Bakı | Tikmə- təkəlduz
Səbirə Qarayeva Səbirə Qarayeva

ABADçımız Səbirə Qarayeva Xırdalan şəhərinin sakinidir. Həyatının 22 ilini uşaq bağçasında tərbiəçiliyə həsr edib. Hələ Sovet dönəmində hakimiyyət tərəfindən Azərbaycanın mədəni irsini unutdurmaq siyasəti olurkən, Səbirə xanım uşaqların bütün tədbirlərini milli ab-havada yaşadırdı:

“Uşaqların bütün milli geyimlərini özüm hazırlayırdım. Baş örtüklərindən, libaslardan başlayaraq bütün bəzək əşyalarınadək özüm tikib düzəldirdim. Ələlxüsusda Novruz Bayramına hazırlaşırdım. Artıq Azərbaycan müstəqilliyini qazanandan sonra, Azərbaycanın mədəniyyətini dünyada təbliğ etməkdə mənim də bir töhfəm olsun deyə milli qurama, milli geyimlər, araxçınlar və s. hazırlamağını özümə yeni sənət seçdim”.

S. Qarayeva bir çox sənətkarlıq sərgilərində iştirak edir, hətta öz emalatxanasında belə sərgilər təşkil edir. "ABAD”la əməkdaşlığa başladıqdan sonra isə satışlarının daha yüksək səviyyədə olduğunu qeyd edir.

Səbirə xanımın rəngarəng araxçınlarını "ABAD" etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar