× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Rumin Məmmədov | Region: Xaçmaz | İçkilər
Rumin Məmmədov


ABADçı Rumin Məmmədov Xaçmaz rayonu Susayqışlaq kənd sakinidir. O, Quba “ABAD” Factory İstehsalat Kompleksində alma şirəsi istehsalı ilə məşğuldur.

“4-5 ildir ki, meyvə şirəsini təbii üsul ilə sıxmaq və saxlamaqla məşğulam. Əvvəllər ev üsulu ilə şirələri hazırlayırdım və düşünürdüm ki, ən təmiz, təbii və heç bir kimyəvi qatqı əlavə olunmayan məhsulu əldə etmək üçün yalnız əl ilə birbaşa sıxma düzgün və mümkün üsuldur. Lakin Qubada “ABAD” Factory İstehsalat Kompleksi ilə tanışlıqdan sonra burada meyvə şirəsinin hazırlanması üçün avadanlıq barəsində məlumat aldım. Məlumat məni o qədər məmnun etdi ki, ABADçı olmağa qərar verdim”.

Hazırda M.Rumin öz ailəsi ilə Factory-də alma şirəsi istehsalı ilə məşğuldur. Bu məhsulun hazırlanmasında hətta təbii qatqı maddələri belə istifadə olunmur: şəkər, limon duzu və s. Birbaşa çəkildikdən sonra yerindəcə qablaşdırılır:

“Gələcəkdə digər meyvələrdən də şirələr hazırlamağı düşünürük: armud, heyva və s. Hazırda bu meyvələri haradan əldə edəcəyimiz ilə bağlı araşdırma aparırıq. Alma isə öz bağımızdandır. Bağımız Xaçmaz rayonunun Ləcət kəndində yerləşir. Ləcət bağları öz almaları: “Palmet”in iki növü və “Simirenka” ilə çox məşhurdur. İndi bağımızın bəhrələrindən istifadə edərək Kompleksdə müasir avadanlıqla şirə istehsalı, qablaşdırması, etiketləməsi, sertifikatlaşdırılması proseslərini həyata keçirdirik. “ABAD”a bazara müasir şəkildə çıxan məhsulumuza görə minnətdarlığımızı bildiririk”.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar