× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Roman Həsənov | Region: Quba | Zərgərlik
Roman Həsənov

Roman Həsənov 1987-ci ildə Quba rayonunun Qacarzeyd kəndində dünyaya göz açıb. İxtisasca qarmon musiqi aləti üzrə müəllimdir. Aldığı musiqi təhsilinə baxmayaraq uşaqlıqdan zərgərlik sənətinə xüsusi həvəsi olub:

“Uşaqlıq illərində evimizdə adi məftildən boyunbağı düzəldirdim, qırıqları cürbəcür üsullar ilə birləşdirməyə cəhd edirdim. Bu sənətə olan sevgimi illərlə ürəyimdə daşıdım, amma heç düşünməzdim ki, gün gələcək və bu sənət mənim peşəmə çevriləcək”.

2018-ci ilin iyul ayında Quba şəhərində yerləşən “ABAD” Məktəbdə keçiriləcək zərgərlik kursları haqqında elan verildi və daha sonra Roman Həsənov bu məktəbin ilk məzunlarından biri oldu:

“Qubada “ASAN Həyat” kompleksində baş tutan tədbirlərin birində könüllülər tərəfindən zərgərlik kursları haqqında, “ABAD”ın qurduğu şərait barəsində məlumat aldım və qoşulmağa qərar verdim. İlk təcrübəm şəbəkə üsulu idi. Bu üslub ilə gül qolbağı, buta hazırladım. 6 aylıq kurs çərçivəsində metallarla, turşularla tanış olduq, tədris aldıq. Müəllimimiz, tanınmış zərgər, ABADçı Eduard Şamaryayevin başçılığı altında ilk işim olan gül qolbağı tez bir zamanda öz alıcısını tapdı”.

Roman Həsənov artıq tam səlahiyyətli bir ABADçıdır. Zərgərlik bacarığını məzun olduqdan sonra da mükəmmələşdirir:

“Özümə hələ də alətlər almamışam, “ABAD” Məktəbdə işləyib yaratmaq üçün bütün şərait var, lakin gələcəkdə öz emalatxanamı açmaq istəyərdim. “ABAD”a arzularımı gerçəkləşdirdiyinə görə böyük təşəkkürlərimi bildirirəm”.


 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar