× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Xəyalə Şıxverdiyeva | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Xəyalə Şıxverdiyeva
Bakı sakini Xəyalə Şıxverdiyeva əslən ilahiyyətçi-islamşünasdır. Evdar xanımdır və həyatını övladlarının tərbiyəsinə, ailəsinə həsr edib. Uşaqlar artıq böyüyüb başa çatandan sonra azad vaxtını daha da artması Xəyalə xanıma asudə vaxtını səmərəli keçirmək üçün bir hobbi sahibi olmağına vadar etdi.

“Atamın hobbisi taxtadan sandıqlar düzəltmək idi, onun o işlərini seyr etməklə keçdi uşaqlığımız, belə də məndə də incəsənətə duyğularla bağlandım. Evdar xanım olduğuma görə də evimi bəzəməyi çox sevirəm. İlk növbədə evdəki yastıqları milli formada, bədii tikmə ilə bəzəməyə başladım. Daha sonra onları hədiyyə üçün hazırladım, sonra təsbəhlər hazırlamağa başladım və dekorativ-tətbiqi xalq sənətkarlığının bir çox növü ilə maraqlandım”.

Artıq iki ilə yaxındır ki, Xəyalə Şıxverdiyeva ABADçı kimi fəaliyyət göstərir və dediyinə görə sevdiyi hobbisinin məvacibə çevrilməsi onu xüsusən sevindirir.

Qeyd edək ki, ABADçı Xəyalə Şıxverdiyevanın əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar