× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Hüseynağa Nəcəfov | Region: Masallı | Tərəvəz məhsulları
Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov Hüseynağa Nəcəfov

Hüseynağa Nəcəfov Masallı rayonu Sərçuvar kəndi sakinidir. Uzun illərdir ki, kənd təsərrüfatı və parallel olaraq öz istehsalı olan tərəvəz məhsullarının konservləşdirilməsi ilə məşğuldur.

H.Nəcəfov “ABAD”a qoşulmasını bu cür xatırlayır:

“3 il əvvəl “ABAD”ın Masallıda keçirilən bir tədbirində qonaq oldum. Orada “ABAD” haqqında tam məlumat aldım, öz təkliflərimi də, illərdir ağlımda olan, lakin o zamanadək reallaşması mümkün olmayan niyyətlərimi də söylədim".

Hüseynağa Nəcəfov artıq 2 ildir ki ABADçıdır. “ABAD” Bakaleyalarında onun təsərrüfatından olan pomidor turşusu satışa çıxarılır. Onun dediyinə görə, ən çox pomidorun bolqar və çerri növlərinin turşusunu hazırlayırlar.

“Yeni başlarkən öz sahəmin məhsulu kifayət edirdi. Amma sifarişlərin sayı artdı və mən kəndin bir çox fermerlərinə müraciət etdim. Artıq toxumları da onlara özüm seçib alıram”.

İstehsalatda Nəcəfovlar ailəsinin hər üzvünün bir rolu var. Emal prosesində daha çox özü, yoldaşı və bacısı məşğuldur: “Pomidor sahədən gələn kimi emal edilməlidir, əks təqdirdə kimyəvi reaksiyalar baş verə bilər məhsulda və o, öz dadı, xüsusiyyət və keyfiyyətini itirə bilər. Ona görə, məhsulun bol vaxtında övladlarım, hətta qonşularım belə gəlib bizə kömək edirlər”.

ABADçının dediyinə görə, onun konservləşdirilmiş pomidoru tam təbiidir:

“İlk növbədə Masallının torpağı, iqlimi burada əkilmiş məhsullara xüsusi dad və keyfiyyət verir, bundan sonra biz məhsullarımızın konservləşdirilməsi üçün kimyəvi əlavələrdən istifadə etmirik. Yalnız təbii üzüm sirkəsindən istifadə olunur. O da elə Masallı torpağının bəhrəsidir”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar