× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Orxan Məmmədli | Region: Masallı | Tərəvəz məhsulları
Orxan Məmmədli
Orxan Məmmədli Masallı rayon sakinidir. Ailə biznesi badımcan kürüsünün hazırlanması və tərəvəzlərin konservləşdirilməsindən ibarətdir.

“2 ildir ki, ABADçıyıq və məhsullarımız “ABAD” Bakaleyalarında satışa çıxarılır. Lakin ailəmiz bu işlə əzəldən məşğuldur. Təsəvvür edin ki, yay tətillərində biz həyətdə ora-bura qaçarkən ailəmizin xanımları, nənələrimiz, ağbirçəklərimiz birlikdə ocaq başına yığılıb badımcan kürüsü və digər konservlər bağlayırlar. Ara-sıra hazır məhsuldan ağzımıza bir qaşıq qoyub qaçırdıq, əlavə istədikdə isə vaxtı gələr yeyərsən deyilirdi. Bu səbəbdən də tutmaları dadmaq üçün qışı səbirsizliklə gözləyirdik. Məhz bu emosiyaları alıcılarımıza çatdırmaq istəyirik - məhsulumuzun qapağı açılarkən ocağın qoxusu, o ağzın süzülməsi və s. Həm də alıcılarımız ilboyu bu nemətləri dada bilərlər”.

Məmmədlilər ailəsi məhsullarını “ABAD”ın onlara təhvil verdiyi avadanlıqda hazırlayır. Ailə üzvünün dediyinə görə bazarda mövcud olan analoji məhsullardan onu əsas bir neçə amil fərqləndirir:
“Bizim kürünün və konservləşmiş salatların fərqliliyi onun həm dadında, həm görünüşündədir. Biz məhsul üçün tərəvəzləri dən-dən seçirik. İstehsalat böyük olmadığından buna vaxtımız və həvəsimiz də var. Həmçinin öz tarlalarımızda da əkinçiliklə məşğul oluruq. Yəni dərmanlı, istixanalarda yetişdirilmiş, idxal olunmuş heç bir tərəvəzdən istifadə etmirik. Sirkə, kimyəvi qatqılar və s. əlavə edilmir. Qısaca olaraq onu deyə bilərik ki, məhsulumuzun maya dəyərini azaldan heç bir addım atmırıq və bununla da fəxr edirik”.



Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar