× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Eldəniz Əhməyev | Region: Balakən | Oyma
Eldəniz Əhməyev
Balakən rayonunun Hənifə kəndinin sakini Eldəniz Əhməyev əsas peşəsi olan taxta oymaçılıq sənətini atası və babasından öyrənib. Sənətkar ailəsində böyüyən Eldəniz ailəsinin illərdir ki, məşğul olduğu bu sahəni bu gün də uğurla yaşadır.

O, bu sənətin sirrlərinə yiyələndikdən sonra qardaşı ilə birgə öz emalatxanasını qurmuş və müxtəlif taxta suvenirlər, müxtəlif heyvan fiqurları hazırlayıb.

Lakin satışların təşkili ilə bağlı yaşanan çətinliklər sənətkarın gəlirlərini artırmasına imkan verməyib və o, daha çox qazanc əldə etmək, bu sənətə dəstək almaq üçün “ABAD”a müraciət edib.

Hazırda “ABAD” Eldəniz Əhməyevə məhsullarının satışının həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinin daha da genişləndirməsi üçün dəstək göstərir.

Daim yeni məhsullar istehsal etməyə çalışan və öz işindən zövq alan Eldəniz qeyd edir:

“Qardaşım ilə birgə ata sənətimizi bu gün də davam etdiririk və bu məhsullar təkcə məişət və dekorativ əşyaların hazırlanması ilə bitmir. Biz həmçinin Balakən rayonunda məşhur musiqi alətləri hazırlayan ustalara həmin alətlərin müxtəlif hissələrinin hazırlanmasına kömək edirik. “ABAD”ın dəstəyi sayəsində ailə biznesimizi daha da genişləndirmək niyyətindəyik”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar