× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Maya Səbzəliyeva | Region: Bakı | Təbii yağlar
Maya Səbzəliyeva

“ABAD”ın qida məhsulları istehsalı sahəsində dəstək alan şəxslərdən biri də Bakı sakini Maya Səbzəliyevadır.

Maya xanım ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində alıb. Tibb təhsili onu sağlam həyat şəraitinə üstünlük verməyə sövq etdi. Beləliklə, Maya xanım sağlam qidalanma haqqında elmə əsaslanmış bilik əldə etdi. ABADçının dediyinə görə, o, hər zaman öz biznesini qurmaq barəsində düşünüb:

“Tibbə olan marağım və öz işimi qurmaq, bununla yanaşı insanlara faydalı olmaq istəyimə bağlı olaraq bir çox startaplar ağlımdan keçirdi. Lakin sonda qatqısız, soyuq sıxım bitki yağları istehsal etməyə qərar verdim. İlk mərhələlərdə biznesimə necə başlayacağımda çətinlik çəkirdim...”.

Elə bu zaman M. Səbzəliyeva kütləvi informasiya vasitələrindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "ABAD " publik hüquqi şəxsin yaradılması haqqında məlumatla rastlaşdı və dərhal müraciət etməyə qərar verdi:

“ABAD” tərəfindən göstərilən yardım sayəsində tezliklə Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçərək məhsullarımı istehsal etməyə başladım. “ABAD”ın dəstəyi ilə məhsullarım hazırda şəhərimizin ən böyük market şəbəkəsi olan “Bravo”larda və digər “ABAD” satış nöqtələrində satışdadır”.

Maya Səbzəliyeva soyuq sıxım bitki yağlarını bütün standartlara cavab verən, “ABAD” texnoloqlarının nəzarəti altında öz kiçik müəssəsində istehsal edir. Hazırda onun istehsal etdiyi tam təbii və faydalı qara zirə (çörəkotu), balqabaq, badam və kokos yağlarını “ABAD” Bakaleyalarından əldə edə bilərsiniz. Yaxın gələcəkdə isə ABADçı yağ çeşidlərini artırmağı və digər növ məhsulları da bazara çıxarmağı planlaşdırır.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar