× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Mahirə Abdullayeva | Region: Bakı | Bədii gəlinciklər
Mahirə Abdullayeva Mahirə Abdullayeva Mahirə Abdullayeva Mahirə Abdullayeva Mahirə Abdullayeva Mahirə Abdullayeva

Bir çox sahədə özünü sınamış Mahirə Abdullayeva artıq 10 ildir ki, dekorativ-tətbiqi sənətkarlıq sahəsində öz işini qurub.

“ABAD” etno-butiklərində daha çox azyaşlı qonaqların böyük marağına səbəb olan tekstil kuklaların müəllifi də məhz Mahirə Abdullayevadır. O, həm milli geyimdə olan kuklalar, həm də milli və dünya nağıllarının qəhrəmanlarını hazırlayır. Sənətə olan marağı isə lap uşaqlıq illərindən başlayıb:

“Ömürboyu tikib, toxuyub, ikebanalar hazırlamışam və indi də buna davam edirəm. Kiçik biznesimə sifarişlərlə işləməyə başladığım zaman ilkin mərhələdə gəlinlər üçün, sonra konfetlərdən buketlər hazırlayırdım. Nəvələrim dünyaya gəldikdən sonra onlar üçün məzəli simalı tekstil kuklalar hazırlamaq qərarına gəldim. Böyüklər və uşaqlar tərəfindən o qədər bəyənildi ki, kuklaları satış məqsədilə də hazırlamağa başladım.

Əgər Siz də, Mahirə Abdullayevanın rəngarəng nağıl aləmi sakinləri ilə tanış olmaq istəyirsinizsə, “ABAD” etno-butiklərinə üz tuta bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar