× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Təranə Şahbazova | Region: Xaçmaz | Dekorativ - tətbiqi sənət
Təranə Şahbazova

ABADçı Təranə Şahbazova Xaçmaz rayonunda anadan olub, orta məktəbi də elə orada bitirib. Ali təhsilini tarix və filologiya ixtisasları üzrə alıb. Ailəlidir, 3 övladı var. Uşaqlarının təlim-tərbiəsi ilə məşğul olan ABADçı xanım təhsili üzrə fəaliyyət göstərməyi hazırda mümkünsüz hesab edir.

Təranə xanımın əl işlərinə olan həvəsi olduqca böyükdür. Həvəsini gəlir mənbəyinə çevirmək ideyası onu “ABAD”a qoşulmağa ruhlandırdı.

“Analıq stresini bəzək əşyaları, aksessuarlar, bijuteriyalar hazırlamaqla atıram. Amma ən çox sevdiyim əl işim qəzetlərdən toxunmuş işlərdir. Qəzetdən qablardan tutmuş, mebelədək hazırlaya bilərəm. Lakin insanlar bu cür əşyalara biraz ehtiyat edir, onun möhkəmliyinə inanmırlar. Hazırda mübarizəm də məhz bu stereotiplərlədir. İstərdim ki, qəzettoxumanın eko və əlverişli olmağı ilə bağlı daha çox məlumatlandırma edilsin”.

Təranə xanım eyni zamanda ABADçılar arasında novator da sayıla bilər. Onun sənətkarlıq sahəsində olan çoxfaktorlu dəstək ideyaları diqqət cəlb edir. Bu ideya bir kompozisiya üzərində bir neçə ABADçının əməyi olduğuna əsaslanır:

“Təklif etmişəm ki, kompozisiyanın, məsələn, suveniri bir ABADçı, rənglənməsini digəri, səbətini isə mən toxuya bilərəm. Satış baş tutarkən ABADçının hər biri də öz faizini alır”.

Qeyd edək ki, T.Şahbazovanın bəzək əşyalarını və toxuma əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar