× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Elşən İbrahimov | Region: Bakı | Suvenirlər
Elşən İbrahimov
İncəsənət xadimləri ailəsində dünyaya göz açan Elşən İbrahimov Baki sakinidir. Uşaq yaşlarından atası ilə bir çox ictimai iaşə obyektlərinin, ələlxüsus da milli mətbəximiz təqdim olunan restoranları dizayn etməkdən zövq alan E. İbrahimov ilk olaraq Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib, bakalavr, magistr və aspirant pillərində təhsil alıb. ABADçının bildirdiyinə görə hazırda bir çox rəssam kimi molberti kompüterə dəyişərək müasir texnoloji yeniliklər vasitəsi ilə öz bacarığını kütləyə təqdim edir: yerli jurnallardan birində art-direktor vəzifəsində çalışır.

“ABAD”a qoşulmaq istəyi xüsusi bir ideyamdan ortaya çıxdı. İdeyanın yaranması da bir neçə mərhələdən ibarət olub: övladlarım dünyaya gələndən sonra demək olar ki, ilin bir çox ayını bağda keçirirdik, uşaqlarımın orada daha sağlam böyüdüyünü müşahidə etdim, bir çox araşdırmadan sonra havadan başqa dəniz yosununun da bir çox faydalı xüsusiyyətləri haqqında oxudum. Yosunun tərkibində faydalı elementlər, antioksidantlar və vitaminlər var: selen, kalium, maqnezium, yod, vitamin B3, B9, B12, Vitamin A, C, E və s. Həyat yoldaşımla övladlarımın yataq dəstlərinin - balış və matrasın içini məhz yosunla doldurmağa qərar verdik. Beləliklə də övladlarım yosunla nəfəs alaraq böyüyüb başa çatıblar. 

İllər sonra Azərbaycanda turizmin inkişafının şahidi olduğum zaman turistlərdə maraq doğuracaq və Azərbaycanın tarixini, mədəniyyətini təsvir edəcək suvenirlər barəsində düşünürdüm. Bir səyahətçi hər şeydən əlavə öz rahatlığını da düşünər. Bu səbəbdən də təyyarə və digər nəqliyyat vasitələrindən istifadə edən insanların bir çoxunun air yastıq və göz bağlayıcılarına olan marağını dəyərləndirdim. Düşündüm ki, bu yastıqların üzərində Azərbaycana aid simvollar da olarsa, alıcı üçün ikiqat dəyərli olacaq: həm xatirə qalar, həm də praktiki istifadəsi mümkündür. 

Beləliklə ilk növbədə o yastıqüzü üçün simvollardan ibarət üzlüyün müxtəlif dizaynlarını hazırladım. İlkin mərhələlərdə yastığı hamının alışdığı polistirop, penoplast və silikon maddələrlə doldurduq. Lakin sonra bunu daha da faydalı etmək üçün öz təcrübəmizi yada salaraq, yastıqların daxilini xüsusi qurudulmuş yosunla doldurmağa başladıq. “ABAD” isə bizim ideyanı bəyəndi və artıq 3 ildir ki, hazırladığımız yastıqlar bazarda öz yerini tutub”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar