× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Elşən Nəzərli | Region: Bakı | Keramika
Elşən Nəzərli
“ABAD”ın dəstəklədiyi Bakı şəhər sakini Elşən Nəzərli artıq 30 ildir ki, keramikaçı rəssam kimi fəaliyyət göstərir. O, yağlı boyalarla gözəl rəsm əsərləri və milli üslubda müxtəlif fiqurlar hazırlayır.

Hələ 5 yaşından sənətkarlıq sahəsinə maraq göstərən Nəzərli Elşən qeyd edir:

“Həyətdə oynayarkən müxtəlif taxta parçaları axtarıb tapardım. Kimsə üçün heç bir məna kəsb etməyən taxta parçasına fərqli bir yöndən baxdığım üçün onda digərlərinin görmədiyi cizgiləri sezərdim. Bir az üzərində işlədikdən sonar isə fikirlərimi, hisslərimi, düşüncələrimi bu fiqurların köməyi ilə əks etdirərdim”.

Öz mənzilinin kiçik bir guşəsində emalatxana quran sənətkar ailə biznesini daha da genişləndirmək, zəruri dəstək almaq üçün “ABAD”a müraciət edib.

Hazırda onun turistlər və yerli alıcılar tərəfindən böyük rəğbət və maraqla qarşılanan əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Qeyd edək ki, Elşən Nəzərlinin məhsulları müxtəlif ölkələrdə də sərgilənib.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar