× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Rza Məmmədov | Region: Gəncə | Dulusçuluq və Keramika
Rza Məmmədov
“ABAD” ailəsinin dulusçuluq üzrə fəaliyyət göstərən sənətkarlarından biri Gəncə şəhər sakini Rza Məmmədovdur. Atası, tanınmış sənətkar Saleh Rza oğlunun bir sənətkar kimi yetişməsində böyük rol oynayıb.

Uşaqlıq illərini atasının emalatxanasında keçirən Rza Məmmədov buradakı dəzgahları sınaqdan keçirib, gildən müxtəlif əşyalar hazırlayıb.

Bu sahədə qazandığı ilk uğurlardan daha da həvəslənən Rza sənətkar nəslinin davamçısı kimi dulusçuluq peşəsini yaşatmağı qərara alır.

Rza keramika və gildən müxtəlif bəzək əşyaları, qablar düzəldərək onlara anqoblarla və şirəaltı boyalarla bəzəklər vurur.

Onun məhsulları artıq bir neçə ölkədə şəxsi kolleksiyalarda yer alıb.

O, eyni zamanda bir çox əl işləri ilə ölkəmiqyaslı müxtəlif sərgilərdə iştirak edb.

Rza məhsullarını daha geniş kütləyə tanıtmaq və satış həcmini artırmaq üçün “ABAD” layihəsinə qoşulmağa qərar verib.

Bu gün Rza Məmmədovun müxtəlif çeşidli dulusçuluq məmulatları “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar