× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Aysel Cümşüdlü | Region: İmişli | Rəssamlıq
Aysel Cümşüdlü
“ABAD” ailəsinin gənc üzvlərindən biri də Bakı şəhər sakini Aysel Cümşüdlüdür.  Aysel, uşaqlıq illərindən anasının çalışdığı rəssamlıq sənətinə meyl göstərib.

İllər ötdükcə bu sahədə bilik və bacarıqlarını zənginləşdirən gənc anasının işini davam etdirmək qərarına gəlib.

İlk vaxtlarda daha çox çizgi filmi qəhrəmanlarını və müxtəlif naxışları çəkməyə üstünlük verən Aysel daha sonra keramika, qobelen, xalçaçılıq, bədii şüşə sənəti kimi istiqamətlərdə təhsil alıb.

O, fəaliyyətində daha çox bədii şüşə sənətinə üstünlük verir.

Aysel Cümşüdlü xüsusi boyalarla şüşə üzərində müxtəlif rəsmlər və naxışlar çəkir, daha sonra onları sobada bişirir. Şüşənin üzərinə çəkilən rənglər bişmə mərhələsindən sonra onun daxili qatlarına keçir və özünəməxsus bir gözəllik yaranır.

Müxtəlif kompozisiyalarda əl işləri hazırlayan Aysel tələbəlik illərində müxtəlif sərgilərdə iştirak edərək öz işində uğurlara imza atıb.

“ABAD”ın fəaliyyəti haqqında məlumat alan sənətkar əməkdaşlıq üçün publik hüquqi şəxsinə müraciət edib. 

Hazırda Aysel Cümşüdlünün müxtəlif mövzularda hazırlanan bu əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar