× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Taleh Ağayev | Region: Masallı | Misgərlik və Döymə
Taleh Ağayev
Masallı rayonu, Boradigah qəsəbə sakini Taleh Ağayev misgərlik və qalayçılıq sənəti ilə məşğuldur. Masallıda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edən Taleh Ağayev dizayn və satışın təşkili xidmətlərindən yararlanır.

Misgər ailəsində böyüyən Taleh bəy qeyd edir:

“Əvvəllər misgərlik daha aktual sənət sahələrindən biri idi. Misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tuturdu. Lakin dövrün müasirləşməsi və alternativlərin artması, bu sənət sahəsinə marağı azaldıb. İndi “ABAD”ın dəstəyi sayəsində dövrün tələblərinə cavab verən, zövq oxşayan əl işləri hazırlayaraq, bazarda öz yerimi tutacağımdan əminəm”.

Bu gün “ABAD”çı Taleh Ağayevin misdən hazırlanmış əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar