× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Aqil Süleymanlı | Region: Masallı | Oyma
Aqil Süleymanlı
“ABAD” ailəsinin gənc üzvlərindən biri də Masallı rayon sakini Aqil Süleymanlıdır. Dülgər ailəsində dünyaya göz açan Aqil bu sənətin sirlərini atasından öyrənib.

O, ilk dəfə meşədən topladığı quru ağac parçalarının üzərində müxtəlif rəsmlər çəkməyə başlayıb.

İllər ötdükcə seçdiyi sahədə püxtələşən sənətkar müxtəlif suvenirlər, şamdanlar, gül dibçəkləri hazırlayaraq, satışa çıxarıb.

Onun əl işlərini Masallı və ətraf rayonlardan gələn müştərilər alır, öz evlərinin və ya ictimai iaşə obyektlərinin interyer dizaynında istifadə edirdilər.

Bu Aqili daha da ruhlandırır və öz kiçik biznesini qurmağa sövq edirdi. Elə bu məqsədlə Aqil “ABAD”a müraciət edərək, əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Aqilin “ABAD” layihəsinə müraciət etməsində əsas məqsədi hazırladığı məhsulların tanıdılması və satışını həyata keçirməkdə dəstəkdir.

Hazırda Masallıdan olan gənc sənətkarın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar