× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Lalə Mustafayeva | Region: Bakı | Bədii kukla
Lalə Mustafayeva
“ABAD” layihəsi çərçivəsində dəstək alan sahələrdən biri də dekorativ-tətbiqi xalq sənətdir. Bu sənətin bütün incəliklərini mənimsəyən Bakı şəhər sakini Lalə Mustafayeva artıq 10 ildir ki, milli üslubda gəlinciklər hazırlayır.

Uşaqlıq illərindən yaradıcılığa olan marağını hiss edən Lalə xanım qeyd edir:

“Yadımdadır ki, valideynlərimin mənə aldığı plastinlərlə müxtəlif dekorativ fiqular hazırlayırdım, lakin bu mənim ailəmin narazılığına səbəb olurdu. Bütün bunlara baxmayaraq, mən istəyimin arxasınca getdim, bu sahə üzrə işlərimi davam etdirərək, bir çox uğurlara imza atdım”.

Sənətkar Azərbaycan mədəniyyətinin müxtəlif dövrlərinə aid geyim üslublarını araşdırır, hazırladığı əl işlərində tarixin müxtəlif mərhələlərini əks etdirən naxışlara, eskizlərə üstünlük verir.

O, dekorativ-tətbiqi xalq sənətkarlığının digər sahələrinə də maraq göstərir, təbii daşlardan boyunbağılar, mücrülər, boxçalar, eyni zamanda qurama hazırlayır.

Lalə Mustafayeva hazırladığı zərif əl işlərinin satışını təşkil etmək işində dəstək almaq üçün “ABAD”a müraciət edib.

Hazırda Lalə Mustafayevanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar