× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İslam Həzrətov | Region: Quba | Zərgərlik
İslam Həzrətov
Azərbaycanda qədim və zəngin ənənələrinə malik olan sənətkarlıq sahələrindən biri də zərgərlikdir. Yüksək bədii dəyərə malik olan və qiymətli materiallardan hazırlanan bu sənətin davamçılarından biri də Quba rayonu sakini İslam Həzrətovdur.

O, artıq 7 ildir ki, zərgər kimi fəaliyyət göstərir.

Sənətkar ailəsində böyüyən İslam bəy uşaq yaşlarından palçıqdan müxtəlif fiqurlar hazırlayıb.

8 yaşında isə oxuduğu məktəbdə hazırladığı əl işlərinin fərdi sərgisi keçirilib.

Zərgərlik əşyalarının hazırlanmasında müxtəlif texniki üsullardan istifadə edən İslam bəy qeyd edir:

“Zinyət əşyalarını hazırlayarkən daha çox şəbəkə və minaçılıq texnikasına üstünlük verirəm. Həmçinin məhsullar üzərində Azərbaycan mədəni irsinə uyğun ənənəvi naxışlarından istifadə edirəm”.

İslam bəyin “ABAD” layihəsinə qoşulmaqda əsaq məqsədi hazırladığı əl işlərinin satışını təşkil etmək, həmçinin öz ailə brendini yaratmaqdır.

Onun zərif əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar