× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Arif Kazımov | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Arif Kazımov
“ABAD” ilə əməkdaşlıq edən Arif Kazımov Bakı şəhər sakinidir. Fərqli sahə üzrə təhsil almasına baxmayaraq, Arif bəy daim sənətkarlıq sahəsinə maraq göstərib və yeni bir ideya ilə Azərbaycan mədəniyyətini təbliğ etmək istəyib.

Belə ki, o, Azərbaycanın fiziki və iqtisadi xəritəsinin rəng fərqliliyini əsas götürərək, xüsusi tərtibatda çərçivələr hazırlamağa başlayıb.

Qeyd edək ki, xəritə çərçivələr 4 hissədən, sərhədləri ayıran hissəciklər, həmçinin orqanik şüşədən ibarətdir.

Burada sərhədləri ilə qeyd olunmuş hər bir rayon üçün elə həmin rayonun torpağından toplanılıb.

“Qardaşım və dostlarımla birgə respublikamızın bütün rayon və şəhərlərini 3 gün ərzində gəzərək hər regiona məxsus torpaqlarını topladıq, eyni zamanda işğal altında olan torpaqlarımızı xəritədə bütün regionların torpaqlarının qarışığı ilə əvəz etdik.

Məqsədimiz bu torpaqların Azərbaycana məxsus olduğunu göstərmək və gələcəkdə öz torpaqları ilə əvəz olunacağını bildirməkdir”, - deyə, sənətkar bildirib.

Bir ilkə imza atan Arif bəy, bu məhsulların satışını təşkil etmək məqsədi ilə “ABAD” layihəsinə müraciət edib.

Bu gün onun unikal əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar