× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Elşən İsmayılov | Region: Bakı | Zərgərlik
Elşən İsmayılov
“ABAD” publik hüquqi şəxsin dəstəklədiyi peşəkar sənətkarlardan biri də Bakı şəhər sakini Elşən İsmayılovdur. O, artıq 25 ildir ki, zərgərlik sənətinin şəbəkə sahəsi üzrə fəaliyyət göstərir və üzərində Azərbaycanın milli ornamentlərini əks etdirən müxtəlif dekor əşyaları hazırlayır.

Sənətkar qeyd edir:

“Bu sahə nə qədər zərif və incə olsa da, bir o qədər böyük bir zəhmət tələb edir. Bu sənəti mənə məhz belə incəliklər sevdirib”.

2001-ci ildən fasilə verdiyi sənət sahəsində işlərini davam etdirmək və bu sahədə ailə biznesini inkişaf etdirmək məqsədilə Elşən bəy “ABAD”a müraciət edib.

Onun sözlərinə görə, “ABAD”a qoşularaq, 16 ildən sonra ilk dəfə öz milli suvenirlərini satışa çıxarıb. Hazırlanmış nəfis əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar