× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İlqar İsmayılov | Region: Bakı | Oyma
İlqar İsmayılov
Bakı şəhər sakini, “ABAD”çı sənətkar İlqar İsmayılov taxta üzərində oymaçılıqla məşğuldur. Sənətkar ailəsində böyüyən və atasının yolunu davam etdirən İlqar usta artıq 25 ildir ki, taxtadan müxtəlif əl işləri hazırlayır.

İlk dəfə oymaçılığa orta məktəbdə təhsil alarkən başlayan sənətkarın əsas məqsədi öz əl işlərinin satışını həyata keçirməkdir.

Hazırladığı milli suvenirlərin üzərində milli ornamentləri əks etdirməyə üstünlük verən sənətkarın sözlərinə görə, əvvəllər o, əl işlərini yalnız hədiyyə kimi təqdim edib.

“ABAD”a qoşulmaqda məqsədim hazırladıqlarım əl işlərinin satışını təşkil etməkdir. Satışın təşkili ilə bağlı çətinliklərim “ABAD” tərəfindən aradan qaldırıldıqdan sonra mən yaradıcılığa daha çox baş vuracaq, arzuladığım gözəl əl işlərini təqdim edə biləcəyəm”, - deyə, İlqar İsmayılov bildirib.

Qeyd edək ki, “ABAD” İlqar İsmayılovun əl işlərinin satışının təşkili ilə yanaşı, həm də ona hazırlanacaq suvenirlərin dizaynları ilə bağlı dəstək göstərməkdədir.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar