× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Saleh Məmmədov | Region: Gəncə | Keramika
Saleh Məmmədov
Çini qablar istehsalı dünya mədəni irsinin ayrılmaz bir hissəsidir. Çindən başlayan bu sənətkarlıq növü daha sonra Şərqin digər ölkələrinə, o cümlədən də Azərbaycanda da yayılmışdı.

Sevindirici haldır ki, bu gün də ölkəmizdə çini qabların hazırlanması ilə məşğul olan, tarixi ənənələri yaşadan sənətkarlarımız var.

Belə sənətkarlardan biri də Gəncə şəhərindən usta Saleh Məmmədovdur.

O, öz şəxsi emalatxanasında qırmızı gildən və saxsı kütləsindən istifadə etməklə, biri-birindən nəfis qablar hazırlayır və onları müxtəlif naxışlarla bəzəyir.

“Bədii keramika və şüşə” ixtisası üzrə təhsil alan Saleh usta qeyd edir:

“Atam rəssam olub və o, ömrünün böyük hissəsini İrəvan şəhərində keçirib. Sənətkar ailəsində dünyaya gəlməyim mənim də sənətkar kimi formalaşmağıma təsir göstərib”.

Hazırladığı əl işlərinin, sənət nümunələrinin daha geniş auditoriyaya tanıdılması, satışların təşkili məqsədilə Saleh Məmmədov “ABAD”a müraciət edib.

Bu gün o, məhsullarının satışının təşkili ilə bağlı “ABAD”ın dəstəyi sayəsində yaranmış boş vaxtını öz sevimli peşəsinə həsr edir və biri-birindən gözəl əl işləri hazırlayır.

 

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar