× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Marina Çernyayeva | Region: Bakı | Vitraj və Rəngkarlıq
Marina Çernyayeva
“ABAD” tərəfindən dəstəklənən sənətkarlardan biri də şüşə üzərində rənggarlıq sənəti ilə məşğul olan Bakı şəhəri sakini Marina Çernyayevadır. Rəssam ailəsində böyüyən Marina xanım 4 ildir ki, bütün milli naxışlardan istifadə etməklə şüşə üzərində əsərlər yaradır.

İlk dəfə rəfiqəsi üçün hazırladığı hədiyyədən ilhamlanaraq, bu sənəti bir peşəyə çevirən Marina Çernyayeva bu işin sirlərini övladlarına da öyrədir.

Hazırladığı əl işləri xarici ölkələrdə bir sıra sərgilərdə nümayiş olunan Marina xanım xüsusi şüşə boyalarından istifadə edir.

“ABAD”ın təqdim edəcəyi yeni dizaynlar əsasında məhsullar hazırlamağı planlaşdıran sənətkarın əsas məqsədi əl işlərinin xaricdə tanıdılmasıdır.

O, bu işdə “ABAD”ın dəstəyinə böyük ümidlər bəsləyir.

Bu gün Marina Çernyayevanın zərif və nəfis əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar