× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Tutu Hüseynova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Tutu Hüseynova
“ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində dəstək göstərdiyi ailələrdən biri də Bakı şəhər sakinləri Hüseynovlar ailəsidir. Ailənin nümayəndəsi Tutu Hüseynova uzun illərdir ki, bədii tikmə sənəti ilə məşğul olur.

Rəssam ailəsində böyüyən Tutu xanım bu gün müxtəlif xonçalar, mili araxçınlar, toxunma mücrülər hazırlayır.

Hazırladıqları əl işlərində xalça naxışlarından daha çox istifadə edən Tutu Hüseynova təkəldüz sənətinə daha çox üstünlük verir.

Əvvəllər o, öz əl işlərinin satışını sifarişlər əsasında həyata keçirib.

Lakin öz ailə biznesin dəstək almaq üçün “ABAD”a qoşulan Tutu xanım bundan sonra fəaliyyət sahəsini daha da inkişaf etdirəcəyini düşünür.

“ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə yeni imkanlar yaratdığını söyləyən sənətkarın əl işləri artıq “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar