× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Ulduz Nəsirova | Region: Saatlı | Toxuculuq
Ulduz Nəsirova
“ABAD”ın dəstək göstərdiyi Nəsirovlar ailəsi Saatlı rayonunda yaşayırlar. Ailənin toxuculuqla məşğul olan üzvü Ulduz Nəsirova artıq 3 ildən çoxdur ki, milli üslubda müxtəlif geyim əşyaları hazırlayır.

Bu sənəti anasından öyrənən Ulduz xanım hazırladığı əl işlərində milli naxışlara xüsusi önəm verdiyini söyləyir. O, bunu tariximizi gələcək nəsillərə ötürmək məqsədilə etdiyini bildirir.

Əvvəllər Ulduz xanım hazırladığı əl işlərini əsasən yaşadığı regionda, tanıdığı şəxslər arasında satıb.

Lakin qurduğu ailə biznesini genişləndirmək, övladlarını da toxuculuq sahəsinə cəlb etmək üçün satışların həcmini genişləndirmək zərurəti ilə qarşılaşıb.

Bu məqsədlə Ulduz xanım “ABAD”a müraciət edib və beləliklə, hazırda onun hazırladığı əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar