× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Natalya Zeynalova | Region: Bakı | Bədii gəlinciklər
Natalya Zeynalova
“ABAD”ın dəstək göstərdiyi Bakı şəhəri sakini Natalya Zeynalova həvəskar rəssam ailəsində böyüyüb. Sənətkarlıq sahəsinə olan marağın atasından gəldiyini söyləyən Natalya xanım 10 ildir ki, milli gəlinciklər, dekorativ heykəllər hazırlamaqla məşğuldur.

İxtisasca dizayner olan “ABAD”çının milli üslubda hazırladığı suvenirlər bir neçə mərhələdən keçir.

Əvvəlcə onların milli üz cizgilərini əks etdirən formaları, daha sonra isə müəyyən dövrə aid olduğunu göstərən geyimləri hazırlanır.

Natalya xanım deyir ki, milli gəlinciklər üçün paltarların hazırlanması Azərbaycan tarixi üzrə mükəmməl biliklərin olmasını tələb edir.

Bu, tarixin müəyyən dövrlərində Azərbaycanda hansı geyim növlərinin yayıldığını bilməyə əsas verir. 

Əvvəllər “ABAD”çı sənətkar öz məhsullarını ən müxtəlif ölkələrdən gətirilmiş suvenirlərin də yer aldığı mağazalarda satışa çıxarıb. O, həmçinin sifariş əsasında da işləyib.

Lakin artıq bu gün Natalya xanımın zərif əl işləri yalnız Azərbaycan sənətkarlarının əl işlərinin sərgi-satışa çıxarıldığı “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

“ABAD”a qoşulduqdan sonra gəlirlərinin artması Natalya xanımı digər şəxsləri də bu ailə biznesinə cəlb etməyə həvəsləndirib və o, ilk olaraq sənətin sirlərini doğma bacısına öyrətməyə başlayıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar