× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Gülarə Mahmudova | Region: İsmayıllı | Xalçaçılıq
Gülarə Mahmudova Gülarə Mahmudova Gülarə Mahmudova Gülarə Mahmudova Gülarə Mahmudova
İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini Gülarə Mahmudova uzun müddətdir ki, xalçaçılıqla məşğuldur. Gənc yaşlarından xalçaçılığa meyl edən Gülarə xanım bu sənətin bütün sirrlərini anasından öyrəndiyini bildirir.

30 ildən çoxdur ki, peşəkar xalçaçı kimi fəaliyyət göstərən Gülarə xanım daha çox xovlu xalçaların toxunmasına üstünlük verir.

O, həmçinin xalça toxumaqla yanaşı, araxçınlar, eyni zamanda müxtəlif üslubda şətəllər hazırlayır.

Hazırladığı məhsulların daha çox sifariş əsasında satıldığını bildirən Gülarə xanım xarici ölkələrdən də sifarişlərin gəldiyini qeyd edir.

Öz əl işlərinin satış bazarını genişləndirmək, ailə biznesindən daha çox gəlir götürmək məqsədilə Gülarə Mahmudova “ABAD” layihəsinə müraciət edib.

Artıq onun məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar