“Bal kimi” mürəbbələri artıq satışda

“Bal kimi” mürəbbələri artıq satışda
01.04.2017

Martın 18-dən başlayaraq, ABAD-ın dəstək göstərdiyi Masallı rayon sakini, öz ailə biznesini mürəbbə istehsalı sahəsində qurmuş Samir Əliyevin “Bal kimi” mürəbbə brendi satışa çıxarılıb.

Qoz, küncüt, böyürtkən, ağ gilas, heyva, feyxoa kimi mürəbbə növlərini özündə birləşdirən “Bal kimi” brendi öz yüksək keyfiyyəti, əvəzolunmaz, bal kimi dadı ilə fərqlənir.

Əliyevlərin ailə təsərrüfatının bu məhsulları ABAD publik hüquqi şəxs vasitəsilə, Səhiyyə Nazirliyi və Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin dəstəyi çərçivəsində sertifikatlaşdırılıb, uyğunluq və gigiyena sertifikatları alınıb.

Bu gün “Bal kimi” brendi altında məhsulları “Bravo” supermarketlər şəbəkəsi, həmçinin İçərişəhərdə yerləşən “ABAD” sənətkarlıq mərkəzindən əldə etmək olar.