"ABAD" daha bir ailə brendi yaratdı

"ABAD" daha bir ailə brendi yaratdı
03.05.2017

Masallı “ABAD”çılarından olan Yolbəyi Məhərrəmovun “Çiçəkli” brendi altında hazırlanmış balı satışa çıxarılıb.

Rayonun Sərçuvar kənd sakini uzun illərdir ki, bal istehsalı sahəsində fəaliyyət göstərir.

Cökə, yonca, akasiya, müxtəlif dağ çiçəklərindən çəkilən bu bal özünəməxsus dadı ilə fərqlənir.

“Çiçəkli” balı tam təbiidir və tərkibində heç bir başqa qarışıq yoxdur.

Yolbəyi Məhərrəmov öz məhsulunun keyfiyyətinə inanır və hər kəsi “Çiçəkli” balının dadına baxmağa dəvət edir.

 

Ətraflı: http://abad.gov.az/92