“ABAD” publik hüquqi şəxs tender elan edir

“ABAD” publik hüquqi şəxs tender elan edir
19.05.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs tender elan edir.

Tender şərtlərinə əsasən, yerli istehsal olan 3 növdə banka sifarişinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçiriləcək. Bankalar aşağıdakı sayda və ölçüdə olmalıdır:

720 qr – 25 min ədəd

330 qr – 50 min ədəd

200 qr – 25 min ədəd

Bundan başqa, həmin bankalar üçün uyğun qapaqların (ölçüsü TO782 – 75 min ədəd və TO66 – 25 min ədəd) satın alınması nəzərdə tutulur.

Maraqlanan təşkilatlar +994 12 444-74-08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 26.05.2017-ci il saat 16:00 tarixinədək qəbul olunur.

Həsən Əliyev küçəsi 36 (1 sayılı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binası, 3-cü mərtəbə, “ABAD” publik hüquqi şəxsi)