“ABAD”ın daha bir sərgi-satış mərkəzi açıldı

02.01.2018
“ABAD”ın daha bir sərgi-satış mərkəzi açıldı

Yeni sərgi-satış mərkəzi Qəbələ rayonu, Durucu kəndi, “Tufandağ” dağ-xizək kurortunun ərazisində yerləşir. Açılış günündən başlayaraq regiona səyahət edən turistlərin mərkəzdə təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümünələri böyük marağa səbəb olub.
Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırılıb.
Sərgi-satış mərkəzində Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal, mürəbbə və cemlər təqdim olunub. Qeyd edək ki,  bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib.  Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. 
Onu da qeyd edək ki, yeni sərgi-satış mərkəzinin art kafe kimi fəaliyyət göstərməyi də planlaşdırılır.


© 2017 “ABAD” publik hüquqi şəxs