Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən sakinlərinin diqqətinə!

29.01.2018
Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən sakinlərinin diqqətinə!

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Bakı şəhərində yerləşən baş ofisində 19-25 fevral tarixlərində professional xalçaçılıq üzrə təlim kursları keçiriləcəkdir.
Xalçaçılıq sahəsində təcrübə toplamaq, eyni zamanda bu sahə üzrə çalışmaq istəyənlər bu imkandan faydalana bilər. Təlimdə iştirak etmək üçün müraciət edənlərin arasından seçim əsasında hər rayondan 2 nəfər seçiləcəkdir.

Təlim müddəti: 7 gün
Otel: təmin edilir
Səhər yeməyi: təmin edilir
Nahar yeməyi: təmin edilir
Nəqliyyat xərcləri: qarşılanır (avtobus və ya qatar)
Təlim materialları: təmin edilir

Təlimin sonunda təlimin nəticələrinə əsasən qarşılıqlı razılaşma əsasında ABAD ilə əməkdaşlıq müqaviləsi bağlana bilər.
Müraciət etmək üçün aşağıda qeyd olunan elektron keçidə məlumatlarınızı daxil edə bilərsiniz.

Keçid: https://goo.gl/ko5sMp


© 2017 “ABAD” publik hüquqi şəxs