“ABAD” tərəfindən suvenir xalça mövzüsunda təlim keçirilib

27.04.2018
“ABAD” tərəfindən suvenir xalça mövzüsunda təlim keçirilib

19-25 aprel tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda özəl sektorun inkişafı, peşə təhsili və təlimi” proqramı çərçivəsində “ABAD” publik hüquqi şəxs ilə birgə təşkil edilən “Suvenir ölçülü xalçaların toxunması” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi bu sənətə yiyələnmək istəyən şəxslərin daha da peşakar biliklərə sahiblənməsi və bu milli mədəniyyət növünün daha da inkişaf etməsidir.

Təlimdə Gədəbəy rayonundan olan xanımlar iştirak edib və onlara “ABAD” xalçaçı təlimçiləri tərəfindən təlimlər keçirilib.

Təlim iştirakçıları bir həftə müddətində xalçaçılıqla bağlı nəzəri və praktiki biliklərə yiyələniblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim müddəti çərçivəsində “ASAN Könüllüləri” təşkilatının könüllüləri təşkilatı dəstək göstərmişdir.


© 2018 “ABAD” publik hüquqi şəxs