“ABAD” XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində təqdim olunub

23.05.2018
“ABAD” XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində təqdim olunub

Mayın 16-ı Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri baş tutub.

Sərgi çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “ABAD” publik hüquqi şəxsin stendi ilə də yaxından tanış olub.

Cənab prezidentin diqqətinə çatdırılıb ki, ABADçıların sayı artmaqdadır, belə ki, hazırda 241 ailəyə dəstək göstərilir, onlardan 39-u yeyinti məhsulları istehsalı sahəsində çalışır.

Bundan başqa, sərgidə ABADçıların istehsal etdiyi ailə brendləri altında yeni məhsullar təqdim olunub. Onlar arasında bir neçə çeşiddə “Bəh-bəh” sosisləri, “Bizim nemət” kolbasası, “Talalar” pendiri, “Avey” içkiləri, “Şirindil” qənnadı məhsulları dequstasiya masasında maraqla qarşılanıb.

Onu da qeyd edək ki, “ABAD” sərgi təşkilatçıları tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunaraq sərginin “Ən yaxşı debütu” adına layiq görülüb. Sərgi mayın 18-dək davam edəcək.


© 2017 “ABAD” publik hüquqi şəxs