“ABAD”ın satış guşəsi Azərbaycanın ən böyük hipermarketində

07.11.2018
“ABAD”ın satış guşəsi Azərbaycanın ən böyük hipermarketində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər. Azərbaycanın ən böyük hipermarketində “ABAD” ın satış guşəsi fəaliyyətə başladı. Artıq müştərilər satış guşəsindən “ABAD”çıların istehsal etdikləri qida və dekorativ-tətbiqi xalq sənətkarlığı məhsullarını da əldə edə bilərlər.

“ASAN xidmət”in tabeliyində olan “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. 

Mənbə: https://president.az/articles/30608

 


© 2018 “ABAD” publik hüquqi şəxs