“ABAD” publik hüquqi şəxs jurnalistlər üçün press-tur təşkil edib

08.11.2018
“ABAD” publik hüquqi şəxs jurnalistlər üçün press-tur təşkil edib

Noyabrın 8-i “ABAD” publik hüquqi şəxs tərəfindən Quba “ABAD Factory” İstehsalat Kompleksinə media nümayəndələri üçün press-tur təşkil olunub.

“ABAD”ın direktoru Rüfət Elçiyev Kompleksin məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, “loft” stilində restavrasiya edilən Kompleksdə 5 istehsalat sahəsi üzrə məhsullar hazırlanır.

Qonaqlara quru meyvə, qənnadı, kompot, süd və ət məhsullarının istehsalat prosesi haqqında geniş məlumat verilib.

Daha sonra media nüməyəndələri “Gastro Village” layihəsinin “food truck”-ları və Quba rayonunda yerləşən “ABAD” Məktəbinin fəaliyyəti ilə yaxından tanış olublar.

Sonda media nümayəndələrinə “ABAD”ın təşəbbüsü ilə başlayan 9 noyabr Azərbaycan Respublikası Bayraq Gününə həsr olunmuş “Yeni bir ənənə - bayraqlar hədiyyə” adlı aksiya haqqında məlumat verilib.


© 2018 “ABAD” publik hüquqi şəxs