“ABAD” ideya müsabiqəsinə start verir!

12.11.2018
“ABAD” ideya müsabiqəsinə start verir!

İdeya müsabiqəsinin əsas məqsədi Azərbaycanda yeni bir istehsal sahəsinin yaradılmasında təklifləri dəyərləndirməkdir. İdeyalarınızın biznes planını tərtib edərək abadideya@gmail.com e-mail ünvanına 1 dekabr 2018-ci il tarixinədək göndərə bilərsiniz. Biznes planınız aşağıdakı şərtlərə cavab verməlidir:

• İstehsal istiqaməti qida və ya qeyri-qida üzrə ola bilər
• İstehsal müəssisəsi Abşeron iqtisadi-coğrafi bölgəsində yerləşməlidir
• İstehsal üçün tələb olunan xammal Azərbaycanın daxili imkanları hesabına qarşılanmalıdır
• Məhsul daxili tələbata uyğun olmalıdır
• Gələcəkdə ixrac yönümlü məhsul olmalıdır
• İnnovativ metodlara əsaslanmalıdır


Göndərilən ən yaxşı üç ideya mükafatlandırılacaq.

I yer: 500 AZN
II yer: 300 AZN
III yer: 100 AZN


© 2018 “ABAD” publik hüquqi şəxs