Daha 2 “ABAD” Bakaleya fəaliyyətə başladı

29.12.2018
Daha 2 “ABAD” Bakaleya fəaliyyətə başladı

2 yeni “ABAD” Bakaleyası “Gənclik Mall” və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərdə açılıb.

Burada kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.

Qeyd edək ki, bununla da “ABAD”ın Bakı şəhərində supermarketlərdəki bakaleyalarının sayı 3-ə çatıb.

Xatırladaq ki, ASAN xidmət tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs 2016-cı ildə yaradılıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyət göstərir.


© 2018 “ABAD” publik hüquqi şəxs