× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” nümayəndələri Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
05.10.2019
“ABAD” nümayəndələri Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi ilə birgə həyata keçirilən "Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihəsi davam edir. Layihə çərçivəsində “ABAD” və BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin əməkdaşlarından ibarət nümayəndə heyəti 24 sentyabr – 1 oktyabr 2019-cu il tarixlərində Xorvatiyada səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Xorvatiyanın kiçik ailə sahibkarlığı təcrübəsi ilə tanış olub. Heyət Xorvatiyanın KOM, İnnovasiya və İnvestisiya Agentliyi; İqtisadiyyat Palatası; Ticarət və Sənətlər Palatası və s. adiyyatı qurumlarla səmərəli görüşlər keçirib. Həmçinin kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə Zaqreb, Zrno, Medyimurye, Samobor və Riyeka şəhərlərində qida sənayesi, şərabçılıq və sənətkarlıqla məşğul olan sahibkarlarla görüşlər keçirilib.

Xorvatiya Ticarət və Sənətlər Palatası ilə BMT-nin İnkişaf Proqramı -“ABAD”ın birgə komandasının görüşündə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edərək, səfərin iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərə müsbət töhfə verəcəyindən əminliyini ifadə edib.

Qeyd edək ki, "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədi 13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasındanin imzalanmışdır. Layihənin məqsədi Şəki-Zaqatala iqtisadi zonasından seçilmiş 44 ailəni sahibkarlıq proqramına qoşmaqdır. Xatırladaq ki, layihə 2020-ci ilədək davam edəcək.
ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar