× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam oldu
29.10.2019
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam oldu

“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəsmi açılışından bir il ötür. Artıq bir ildir ki, Mərkəz vasitəsi ilə bir çox yerli və xarici keramistləri bir “damın” altında birləşdirmək imkanı yaranıb.

Bu münasibətlə Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzdə tədbir təşkil edilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin kuratoru Mir Teymur Məmmədov öz nitqləri ilə çıxış ediblər. Tədbir çərçivəsində Mir Teymur Məmmədov “ABAD” və Şəki şəhər İcra Hakimiyyətinin adından təşəkkürnamə ilə təltif edilib. 

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəkiyə səfərləri çərçivəsində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi rəssam-keramist Mir Teymur Məmmədovun kurasiyası altında fəaliyyət göstərir. Hazırda burada 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzin məqsədlərindən biri də burada iri miqyaslı yaradıcılıq sahəsi üzrə beynəlxalq tədbirlərin keçirilməsidir. Qeyd edək ki, cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçirilib. Simpoziumda 14 xarici ölkədən 22 keramikaçı iştirak ediblər.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar