× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub
25.02.2020
Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.



Belə ki, Şəki “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 şəxsə (İT üzrə 33 nəfər, bağçılıq üzrə 16 nəfər) həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.


Təlimlər tələbata müvafiq 4 fərqli sahə üzrə aparılır: rəssamlıq, İKT, şahmat və bağçılıq. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz şəkildə təşkil olunur.


"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.


Hazırda təlimlər davam edir. Mütəmadi xarakter daşıyan şahmat təlimləri şahmat haqqında ilkin təsəvvürün yaradılması və lövhə üzərində gedişlərin öyrədilməsi üzərində, rəssamlıq təlimləri rəngləmə, boyama, müxtəlif fiqurların qurulma texnikalarının öyrədilməsi üzərində, bağçılıq təlimləri regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi üzərində,  İKT sahəsi üzrə təlimlər isə Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. Təlimlər bu ildən daha da genişləndiriləcəkdir.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar