× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında
08.06.2017
“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında

İyunun 8-də “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Beynəlxalq Hava Limanının “Duty Free” zonasında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzi sayca ikincidir.

Birinci belə mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yaradılıb və mart ayının 18-də fəaliyyətə başlayıb.

Azərbaycana səyahət edən turistlərin “ABAD” tərəfindən təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinə olan yüksək marağı nəzərə alaraq, növbəti mərhələdə ikinci belə bir sənətkarlıq mərkəzinin yaradılması zərurəti yaranıb.

Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırlıb.

Mərkəzdə Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur.

Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Hazırda “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzlərində 115 ailənin 1479 adda 4500-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.

“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

 

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar